məqalələr

İslami yaşam təfəkkürünün yenilənməsi-2

İslami yaşam təfəkkürünün yenilənməsi-2

 

 

Keçən yazıdan məlum olduğu kimi, dinin mətnində heç bir nöqsan olmadığı üçün, onun yenilənməsi ya dirçəlməsinə ehtiyac yoxdur. İslam dini bir sistem, düşüncə məktəbi və ideologiya olaraq kamildir. Bizim İslam dinindən dərkimizin yenilənməsinə, başqa sözlə, «dinin dirçəlişi» yox, «dini düşüncələrin dirçəlişi»nə ehtiyac var. («Yaddaşthaye-Ustad Mütəhhəri», c.1, səh.146-152.)
Əlbəttə, «dinin dirçəlişi» də bizim öhdəmizdədir. Həm din bizi dirildir, həm də dini diriltmək və dirçəlmək bizim vəzifəmizdir. Buna misal olaraq, həm biz suyu qorumalıyıq, həm də su bizim həyat mənbəyimizdir.
Dini mətnlərdə hər ikisi işlənmişdir:
۱. Din bizə həyat bəxş edəndir:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَجِيبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ
«Ey iman gətirənlər, sizi, sizə həyat verən şeyə tərəf dəvət edən zaman Allahın və Onun Peyğəmbərinin çağırışını qəbul edin…» («Ənfal», ۲۴.)
۲. Dini biz diriltməliyik:
İmam Əli (ə) xalis dost və səhabələri barədə belə buyurur:
…احیوا السنه و اماتوا البدعه…
«İlahi sünnələri diriltdilər və bidətləri məhv etdilər…» («Nəhcül-bəlağə», xütbə ۱۸۲.)
Qeyd etməliyik ki, din öz-özlüyündə sağlam və diri bir toxum olduğu halda, bizim vücudumuzda ölü kimi olar bilər. Din diridir və heç zaman ölmür. Dinin həqiqətinin ölmə qabiliyyəti yoxdur, həmişə diridir. Əgər dini mətnlərdə Quran ya sünnənin ölməsindən söhbət gedirsə, məqsəd dinin insanların arasında ölməsi və insanların dinlə bağlı düşüncələrinin ölü vəziyyətdə olmasıdır.
İslamla müsəlmanların hesabı ayrıdır. İslam diridir, hazırki müsəlmanlar isə ölü. Bu gün İslam dini dünyanın bütün nöqtələrində, hətta alim təbəqəsinin yanında belə inkişaf halındadır və bunun qarşısını ala bilməyəcəklər. Xristian təbliğatçılar öz dinlərinin təbliği üçün külli miqdarda pullar xərcləsələr də, müvəffəq ola bilmirlər. İslam dini isə öz-özünə bir şəxsdən başqasına yayılmaqda və genişlənməkdədir. Ancaq bəzi səbəblərin təsirindən dini düşüncə, İslam ölkələrində, müsəlmanların zehinlərində ölmüşdür; yəni yarı ölü bir vəziyyətə gəlib çıxmışdır. Başqa yerlərdə (Avropa, Yaponiya və s.) «dini düşüncəni yaratma» mövzusudur (hər yerdə də bu şərait var), amma biz çox təhlükəli bir halda olduğumuz üçün «dini təfəkkürün dirçəlməsi»nə ehtiyacımız var. («Dəh qoftar», səh.131-135; «Yaddaşthaye-Ustad Mütəhhəri», c.1, səh.166.)
Oturub düşünməliyik ki, görəsən, bizim düşüncə tərzimiz, həqiqətən, islami düşüncə tərzidir?! Hələlik, bizim başqalarını müsəlman etməyimizə lüzum yoxdur, baxmayaraq ki, son arzumuz budur. İlk öncə biz yarı ölü vəziyyətdə olan dini düşüncələrimizi diriltməliyik. Sonradan İslamı qəbul edən bəzi avropalı müsəlmanlar mümkündür biz müsəlmanları gördükdə, (müsəlman olmaqları üçün) peşman olub İslamdan dönələr.) Etiraf etməliyik ki, İslam dininin həqiqəti əsaslı formada bizim zehin və ruhumuzda mövcud deyil, əksinə, daha çox məsx olunmuş və dəyişdirilmiş surətdədir. («Dəh koftar», səh.144.) Tövhid, nübüvvət, imamət, Qiyamət, səbir, zöhd (zahidlik), təqva, təvəkkül və bu kimi məfhumlar zehnimizdə istisnasız məsx olunmuş formadadır. (Bu məqalə islamşünas filosof şəhid Mürtəza Mütəhhərinin düşüncələri əsasında hazırlanmışdır.)
Ardı var…
Musa Hüseynli – Maide.az
Öncəki yazını BURADAN əldə edə bilərsiz

نمایش بیشتر

نوشته های مشابه

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *

همچنین ببینید
بستن
دکمه بازگشت به بالا