məqalələr

İmam Hüseyn (ə) sevgisi

۲. İmam Hüseyn (ə) sevgisi

 

Hansı səbəblərdən 1400 ildən çox tarixi olan bir hadisə bu günə kimi (və əminliklə deyə bilərik ki, qiyamətə kimi) öz təravət və yeniliyini qorumaqdadır?
Quran ayələrinə və rəvayətlərə baxan zaman görürük ki, bir nəçə amil Kərbəla hadisəsinin unudulmamasına, hətta ildən ilə daha təravətli olmasına səbəb olmuşdur. İslam düşmənləri, kafirlər, zalımlar və s. nə qədər bu hadisəni unutdurmaq istəsələr də, imam Hüseyn (ə) daha çox qəlblərdə yer almış və müsəlmanların məhəbbətini qazanmışdır. İmam Hüseyn (ə) məktəbini dərk ədənlər, imam Hüseynin(ə) hədəflərini anlayanlar, onu, həyatda örnək qərar vermişlər.
Tarix boyu müxtəlif hökumətlər gəlib getmişdir. Bəni-Üməyyə ۱۰۰۰ ay, Abbasilər isə ۵ əsr hakimiyyətdə oldu, ancaq onlardan nə bir əlamət var, nə də onlardan yad olunan var. Lakin Həzrət Əba-Əbdillah (ə) bu hadisədən 14 əsr keçməsinə rəğmən, ildən-ilə daha çox sevilir, daha çox insanların qəlblərində yer edir. Bunun səbəbi nədir? Bunun sirri nədir?
Qarşınızda olan bu məqalədə Kərbəla hadisəsinin 5 əbədilik sirrinə toxunulmuşdur:
۲-ci amil: İmam Hüseynin (ə) möminlərin qəlbində yaratdığı hərarət
Həzrət Peyğəmbər (s) buyurur:
إنّ لِقَتلِ الحُسينِ حَرارَةً في‌ قُلوبِ المُؤمِنينَ لاتَبرُدُ اَبَداً
“Həqiqətən, Hüseynin qətlinə görə möminlərin qəlbində heç vaxt soymayacaq bir hərarət vardır.” (“Müstədrəkul-vəsail”, 10-cu cild, səh.318.)
İmam Hüseynin (ə) möminlərin qəlbində yaratdığı bu mənəvi hərarətin nə olmasını yaxşı başa düşmək üçün onu maddi hərarət ilə müqayisə etmək məqsədə uyğun olar. Maddi aləmdə olan istilik nələrə səbəb olur? Bunu İmam Hüseynin (ə) Kərbəla hadisəsi ilə necə əlaqələndirmək olar? Bu kimi sualların cavabı üçün maddi hərarətin səbəb olduğu 3 əsas şeyə diqqət edək:
۱. Hərarət həyat və yaşayış amilidir*
Əgər yer üzündə günəşin istiliyi olmasa, həyat olmaz. Yer üzünə həyat bəxş edən bu istilikdir. Canlıların yaşamına səbəb olan bu hərarətdir. Hərarət uzunömürlülüyə də səbəb olur. İnsanlar təbiət baxımdan iki növə bölünürlər: istitəbiətli və soyuqqanlı insanlar. Hədislərə əsasən, təbiəti isti olan insanların ömrü daha uzun olur.  Yəni bu istilik və hərarət, insan ömrünün uzun olmasına və insana həyat bəxş etməsinə səbəb olur.
Peyğəmbər (s) belə buyurur:
“بشِّروا المحرورین بطول العمر”.
“İsti təbiəti olan insanlara mujdə verin ki, ömürləri uzun olacaq.” (“Biharul-ənvar”, 59-cu cild, səh.290.)
Fikir verin, təbiəti isti olan insanlar başqaları ilə də gözəl və isti münasibət qururlar. Bu onların təbiətindən qaynaqlanan bir səbəbdir. Bu hərarət insana həyat bəxş edir.
İmam Hüseyn (ə) hərarəti də belədir. İmam Hüseynin (ə) möminlərin qəlbində yaratdığı hərarət və məhəbbəti digər ayin və din əsaslarının həyat tapmasına səbəb olur. Ramazan ayının daha canlanmasına səbəb olur. İmam Hüseyn (ə) hərarətinin belə həyat bəxş edən bir nəticəsi var. Aşura ziyarətində İmam Hüseynə (ə): السلام عليک یا ثار الله “Salam olsun sənə, ey Allahın qanı” – deyə müraciət edirik. Allahın qanının olmaması aydın məsələdir. Allah ehtiyacsız və bənzərsizdir, bu kimi ifadələrdən pak və münəzzəhdir. Bu ifadənin bir mənası belədir, necə ki insan bədənində olan qan insanın həyatının davamlıq amilidir və insan, bədənində cərəyan edən qan vasitəsi ilə həyat tapır, İmam Hüseyn də (ə) dinin yaşam amilidir. İmam Hüseyn (ə) Kərbəlasının nəticəsində din dirilib, din həyat tapıb və bu həyatına davam edir. Ona görə “Aşura ziyarətində” İmam Hüseynə (ə) “Əs-salamu ələykə ya Sərallah” müraciət edirik. (Əlbəttə, bu cümlənin başqa mənaları da ola bilər.)
İmam Hüseyn (ə) tövhid, nübüvvət, imamət və məadın qanıdır. Bütün bu dəyərlər İmam Hüseyn (ə) vasitəsi ilə həyat tapır. İmam Hüseyn (ə) hərarətidir ki, digər ayinlərə, din əsaslarına həyat verir. Peyğəmbər(s) buyurur: “Bu hərarət heç vaxt sönməyəcəkdir”.
۲. Hərarət hərəkət amilidir:
Əgər hərarət olmasa hərəkətdə olmaz. Nümunə olaraq, işləyən maşının hərəkətinin səbəbi mühərrikin hərarətidir. Sönülu maşında isə hərarət olmadığı üçün hərəkət də yoxdur.
İmam Hüseyn (ə) hərarətinin də bir amili budur ki, hərəkət yaradır. Dünyada baş verən haqq inqilablara diqqət etsək, bunların çoxunun mənşəyi İmam Hüseyn (ə) hərarətidir. Millətlərdə inqilab və hərəkət ruhiyyəsi yaradan bu hərarətdir. Düşmənlər İmam Hüseyni (ə) şəhadətə yetirməklə bu hərarəti söndürmək istədilər. Lakin Kərbəla hadisəsindən bir neçə il keçməmiş bu hərarət daha çox alovlanmağa başladı. Bu hərarət möminlərin qəlbində yerləşdi və Muxtar Səqəfi kimi bir şəxsiyyət bu hərarət nəticəsində hərəkətə gəlib, İmam Hüseyn (ə) qatillərindən, İslam və Allah düşmənlərindən qisas aldı. Biz İmam Hüseyn (ə) aşiqləri və bu məktəbin şagirdləri də qəlbimizdə yaranan həmin hərarət nəticəsində düşmən əsarətində olan torpaqlarımızı azad edəcəyik, inşallah. İmam Hüseyn (ə) məktəbinin məzunları həmişə Qarabağ uğrunda canlarından keçməyə hazır olduqlarını bildiriblər. Bunlar hamısı İmam Hüseynin (ə) qəlblərdə yaratdığı hərarət nəticəsindədir. Bu hərarət Qiyamətə kimi sönməyəcəkdir. Deməli, hərarətin ikinci amili insanda hərəkət yaratmaqdır.
۳. Hərarətin yaratdığı üçüncü amil nurdur:
Yaşadığımız dünyada hərarət və enerji olmasa, nur da olmaz. Yəni hərarət olmasa, dünya qaranlıq və zülmətə qərq olar. İmam Hüseyn (ə) hərarəti də belədir. Bu hərarət möminlərin qəlbində bir nur yaradır ki, bu nurun vasitəsi ilə onlar haqq ilə batili ayırd edə bilirlər. Ey şəhidlər sərvəri!
اشهد اَنّکَ نور الله الذی لم یطفا و لا یطفا ابدا
“Şəhadət verirəm ki, həqiqətən, sən Allahın sönməyən və heç vaxt sönməyəcək nurusan.” (“Biharul-ənvar”, 98-ci cild, səh.255.)
Nəticə: Kərbəla hadisəsinin və İmam Hüseynin(ə) əbədiliyinin bir sirri də möminlərin qəlbində yaranan və Qiyamətə kimi soymayan İmam Hüseyn (ə) hərarəti və məhəbbətidir. Bu hərarət möminlərin qəlblərinin oyanışına, onların hərəkətə gəlməsinə və daxillərinin nurani olmasına səbəb olur.
Ardı var….
İlk yazını BURADAN oxuya bilərsiz. 
Musa Hüseynli (Maide.az)

 

نوشته های مشابه
نمایش بیشتر

نوشته های مشابه

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *

دکمه بازگشت به بالا