həyat tərzi

ALLAHIN ELÇİSİ (۶) RƏSULULLAH (S) VƏ ZÖHD

ALLAHIN ELÇİSİ (۶)



RƏSULULLAH (S) VƏ ZÖHD

Dünyaya bağlılıq insan fəziləti üçün qorxuludur. Bu tələlərdən qurtarmaq hər kəsin işi deyil. Əvvəla bu təhlükələri yaxşıca və vaxtında tanımaq lazımdır. Bundan əlavə nəfsə nəzarət bacarığı lazımdır ki, təhlükəni tanıdıqdan sonra onunla üz-üzə gələ biləsən. İnsanın iki çöhrəsi – maddi və ilahi çöhrəsi vardır.

 Maddi çöhrə dünyapərəstdir və insanın ötəri ləzzətlərlə aldadır. Dünya həyatı və dünya malı təklikdə faydasızdır. «Taha» surəsində belə buyurulur: «Kafirlərin bəzi zümərlərini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (gözünü dikmə)».

نوشته های مشابه

O zamanki var-dövlət, övlad, minik, məskən, ailə kimi dünyaya bağlılıq təhlükə olur insanı çəkinməyə çağırıblar: «Dünyaya bağlılıq bütün xətər və günahların mənşəsidir» («Bihar» ۵۱-ci cild). O insan nümunə ola bilər ki, bu təhlükələrdən qurtula bilsin. Etibarsız dünyaya diqqət edilməməlidir. Çünki dünyaya bağlı insan öz yersiz istəkləri ilə başqalarının hüququnu pozur. Zahid və dünyaya rəğbətsiz insan bu təhlükələrdən xilas ola bilər.

ZÖHD NƏDİR?

Zöhd o demək deyil ki, insan dünya nemətlərindən faydalanmasın. Çünki bu nemətlərdən düzgün istifadə qorxulu deyil. Allah bu nemətləri insan üçün yaratmışdır. Amma bu nemətlərdən düzgün istifadə etmədikdə Allah zikrinin unudulmasına səbəb olur və insan əbədi axirət həyatından xəbərsiz qalır. Din dünyaya bağlılığı qorxulu sayır. Dünya malından bircə xalçası olan insan bu xalçaya bağlanmaqla dünyagir olar bilər. Amma başqa biri malik olduğu böyük var-dövlətə bağlanmadığı üçün zahid insan ola bilər. Quran zahid insanı belə tanıtdırır: Zahid o kəsdir ki, dünya malı əlindən çıxanda təəssüf etməsin və əlinə dünya malı gələndə fərəhlənməsin. («Hədid» ۲۳).

 Zahid insanı onun ruhiyyəsi və həyatından yaxşıca tanımaq olar. Elə bir şey yoxdur ki, onu gizlətməy olsun. dünyaya bağlanmadan Allahdan halal ruzi istəyib çalışan adam dünya malını əldə etmək üçün gecə və gündüz bilməyən insandan tamam fərqlənir. İnsan vücudunun yönümləri çox vaxt uyğun gəlmir. İbadət və zöhd yarananda insan siyasi və ictimai qalmaqallardan uzaq dayanır. Digər tərəfdən siyasət meydanı özü də təbii şəkildə təqvadan uzaqlaşır. Zöhd və siyasəti bir araya gətirmək hər insanın hünəri deyil. Həzrət Peyğəmbər (s) bunların arasında ülfət yaratdı. Belə ki, ibadət mehrabında da onun məqamına abidlər, döyüş və siyasət meydanında qəhrəmanlar heyran qaldılar. Çətinliklər zamanı onun möhkəmliyindən dözümlülük, qüdrətli vaxtı onun səxvətindən əfv və bağışlama xəcalət çəkir.

 Həzrət Peyğəmbər (s) siyasət döyüş meydanında ən zahid insan idi. Sadə yaşar, təm-təraqdan uzaq olardı. Onun evi barəsində nəql olunub: «Peyğəmbər (s) elə bir anda dünyadan köçdü ki, həsiri-həsir üstündən salmışdı» («Bihar» ۱۶-cı cild). Onun yeməyi barədə nəql olunub: «Buğda çörəyi yemədi, arpa çörəyindənsə doyunca meyl etmədi». «Dünyadan köçənə qədər süfrəsində arpa çörəyi oldu». («Bihar» ۱۶-cı cild). Onun evinin döşənəcəyi haqqında nəql olunub: «Əba həzrətin xalçası idi!». Həzrət bütün vücudu ilə dünyadan üz döndərdiyini göstərdi. «Nəhcül-bəlağədə» yazılır: «Dünyanı kiçik və həsir sandı, bütün vücudu ilə ondan üz döndərdi. Dünyanın adını öz varlıq səhnəsindən sildi».

ZÖHDÜN TƏSİRİ

Zöhd və dünyaya etinasızlıq insani fəzilətlərin mənşəidir. Zahid insan zülm və təcavüzdən, Allah qarşısında üsyan etməkdən uzaqdır. Zöhd və dünyaya etinasızlıq insanı müxtəlif bəlalardan, təkəbbürdən, məqamətpərəstlikdən və digər pis sifətlərdən paklayır. Peyğəmbər müsəlmanların bütün işlərinə rəhbər olduğu zaman ən zahid bir insandır. Bütün şiələr onun əlindədir və istədiyi şəkildə istifadə edə bilər. Onun zöhdü hamı üçün, xüsusi ilə müsəlman rəhbərlər üçün bir örnəkdir. Peyğəmbərlərin zahidanə həyatı bəşəriyyət üçün nümunəvi ölçülərdir. Bu ölçü peyğəmbərdə elə bir şəraitdə zühur edir ki, bütün imkanlar onun ixtiyarındadır. Belə bir anda buyurur: «Mən öz risalətim müqavilində heç nə istəmirəm» («Şura» ۲۳). Rəhbərlik şəraitində öz zahidanə həyatı ilə zəif insanlar arasında yaşayır. Bu onun xalq arasında sevilməsinin rəmzidir. Bu xüsusiyyət müvəffəqiyyət rəmzi olub, başqalarına təsir edir. Peyğəmbərlərin bu sayaq həyatı xalqın dilində gəzir. Bu işdə xalq özü hakimdir. Çünki bu zahidliyə özləri şahiddirlər və peyğəmbərlərdən din, həyat dərsi alırlar.

نمایش بیشتر

نوشته های مشابه

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *

همچنین ببینید
بستن
دکمه بازگشت به بالا