həyat tərzi

GECƏ NAMAZI



GECƏ NAMAZI

«Gecənin bir vaxtı durub ancaq sənən xas olan əlavə namaz qıl. Ola bilsin ki, Rəbbin səni bəyənilmiş bir məqama çatdırsın» («İsra» ۷۹). Bəyənilmiş məqama çatmaqda, yalnız haqqa bağlanmaqda gecəni oyaq qalmaq və gecə namazı qılmaq çox faydalıdır. Həzrət Peyğəmbər gecəni sübhədək fasilələrlə ibadətə məşğul olardı. Ola bilməzdi ki, o, gecəni sübhədək yatıb gecə namazı vaxtında dursun. O, azca istirahətlə ibadət edər, yorulduğu vaxt qısa fasilələr buraxardı.

 «Peyğəmbər (s) işa namazı qıldıqdan sonra suyu və misvakı yaxında qoyub, üsütünü örtərdi. Azca yatıb oyanar, misvak edib, dəstəmaz alar, dörd rəkət namaz qılıb, yatardı. Sonar yenə də qalxar, misvak edər, dəstəmaz alar, dörd rəkət namaz qılar və yenə də yatardı. Sonra vətr namazına durardı» («Vəsailüş-şiə» ۳-ci cild). Fəcrin tülusunadək dəfələrlə gecə namazına durar və oyaq qalardı. Uzun səcdələr və təsbihlər yerinə yetirərdi. Gecənin bir qismində Ona səcdə et və gecə uzunu da Onu təqdis et» («İnsan» ۲۶).

نوشته های مشابه

 Həzrət (s) o qədər xülusla, qəlbən namaz qılardı ki, hər şeyi unudar, diqqəti yalnız Allaha yönələrdi. Rəvayət edilir ki, namaz zamanı həzrət o qədər ibadətə aludə olardı ki, sanki o, kimsəni, kimsə də onu tanımırdı. «namaza dayanarkən Allah qorxusundan rəngi qaçardı». Haqq qarşısında o qədər ədəblə, təvazö ilə dayanardı ki, kənara qoyulmuş libas tək hərəkətsiz olardı» (ərəbi 4-ci cild).

ORUC

Maddi nemətlərdən istifadə cismin hərəkəti üçündür. Beləcə, ibadət də ruhu qüvvələndirir. Din bu iki şey arasında tarazlıq yaradır. Bədənə qulluqla məşğul olan ruhu yaddan çıxarır və qarşısıalınmaz zərərlər gətirir. Cismi ifrat dərəcədə yaddan çıxarmaq da məzəmmət olunub. Bu diqqətsizlik röhbaniyyətdir və insanı əsil məqsəddən yayındırır. Dünya həyatını tərk edib, yalnız ibadətə uymuş Osman ibni Məğun haqqında həzrət Peyğəmbər (s) buyurur: «Bizim üçün röhbaniyyət – tərkidünyalıq yoxdur (qərarlaşmayıb)». Osmanın bu hərəkəti həzrətə (s) deyiləndə onu bu əməldən çəkindirərək buyurdu ki, mənim ümmətimin tərkidünyalığı Allah yolunda cihaddır. («Bihar» ۸).

 Oruc orqanizm qüvvələrinin tarazlaşdırılması baxımından ruhun inkişafı üçün böyük rola malikdir. Oruc ehtiyacdan artıq qidaları tənzimləyir, ruhun diqqətini bəndəlik və pərəstişə yönəldir. Qüvvələrin tarazlaşması ilə ruh pərəstişi canlandırır. Ona görə də səmavi din buna layiqincə diqqət yetirir. Səmavi hökumətlərdə oruc əsas yerlərdən tutur və ruhun tərbiyəsi, təqvaya doğru hərəkətinə şərait yaradır. Bu işdə orta hədd – cismin qüvvələrindən istifadə etməklə ruhun paklanması Peyğəmbər (s) yoludur. O, yeyirdi ki, qüvvəli olsun və ibadət etsin. O, diri qalmaq üçün yeyirdi. O, yaşamaq üçün yeyirdi, yemək üçün yaşamırdı. Bu iki yanaşmada fərq çoxdur. O, iki gündən bir oruc tuturdu (?). Şəban və Ramazan aylarını ardıcıl oruc olurdu.

XÜŞU

Peyğəmbər (s) malik olduğu məqama baxmayaraq ilahi məqam və məaddan çox ehtiyad etmişdir. Qiyamət xəbəri çatanda səsini qaldırmış, çöhrəsi solmuşdur. Sanki qorxulu bir düşmənin hücum xəbəri gəlmişdir. Xəbər verilir ki, Allah qorxusundan o qədər ağlayırmış ki, özündən gedirmiş. («Bihar» ۱۰-cu cild). İlahi qorxudan o qədər göz yaşı axıdırmış ki, ətəyi islanırmış.

 O, məsum olsada öz mərifəti səbəbindən daim özünü borclu bilirdi və qorxurdu. Allaha ən yaxın insan olsa da etiraf edərək deyirdi: «Biz Sənə məqamına laiq ibadət etmədik». Daim Allaha diqqəti olaraq buyururdu: «Xudaya bizi bir göz qırpımınca öz başına buraxma». («Bihar» ۱۴-cu cild). Allah özü Peyğəmbərin qorxusu haqqında xəbər verir: «Mən qorxuram ki, günah edərəmsə qiyamət günün əzabına düçar olum» («Nəhl» ۵۰).

نمایش بیشتر

نوشته های مشابه

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *

همچنین ببینید
بستن
دکمه بازگشت به بالا