həyat tərzi

ƏQİDƏ, XASİYYƏT, RƏFTAR

ƏQİDƏ, XASİYYƏT, RƏFTAR

əqidə, xasiyyət, əməlin fərqi budur ki, əqidə insanın düşüncə və inamlarıdır. Düşüncə insanın məad, varlıq aləminin olmasıdır və əslində insanın dünyagörüşünü formalaşdırır. Amma əxlaq insanın rəftarları nəticəsində yaranmış xüsusiyyətlərdən ibarətdir. Əməl də uyğun rəftarların dəfələrlə təkrarlanmış hədəfi, nəticəsidir. Çünki bu xüsusiyyətlər insanın daxilinə hopmamış, rəftar adlana bilməz. Elə ki, bir xasiyyət insana hopdu və onu tərk etmək çətinləşdi, ona xasiyyət deyirlər. Bu qısa cümlələr az da olsa, uyğun fərqi aydınlaşdırdı. Demək, məqsədimiz həmin xarakterdən nəzər salmaqdır. Amma mümkündür ki, bu xarakterdən danışarkən rəftarlara da toxunulsun.

۳-ƏXLAQ VƏ XARAKTERİN ƏSASI

Diqqət edilsi mühüm nöqtə budur ki, insanın xarakterinin əsası onun əqidə və imanıdır. İnsanın şəxsiyyətini onun düşüncələri formalaşdırır. Ona görə də yaxşı xasiyyətlər qazanmaq üçün onun əsaslarına diqqət etmək lazımdır. Bu əsaslı bir məsələ olduğundan Peyğəmbərin (s) xarakterini araşdırmazdan əvvəl bu nöqtəyə diqqət etməliyik ki, gözəl əxlaqa çatmağın yolu Allaha inam və yaranışa diqqətdir. Peyğəmbər (s) də malik olduğu gözəl əxlaqı iman və ibadət yolu ilə əldə etmişdir. Peyğəmbəri (s) nümunə seçən insanların da bu yolla getməsi zəruridir.

نوشته های مشابه

 Peyğəmbər (s) kamilliklərin mənşəyinə diqqət yetirmklə, haqqın qarşısında baş əyməklə həm mərifətə yetişdi, həm də gözəl xasiyyətlər qazandı. Çünki kamilliklərin məbdəsinə üz tutmadan kamillik qazanmaq qeyri-mümkündür. Əgər Allah-taala bir insana fəzilət bağışlayırsa, həmin insan hökmən Allaha tərəf hansısa bir qədəm atmışdır. Söz yox ki, ilk addım Allah tərəfindəndir. Amma insan bir addım Allaha yaxınlaşmaqla özünü həmin feyzə layiq edir: «Bizim uğurumuzda vuruşanları öz yolumuza qovuşduracağıq» («Ənkəbut» ۶۸). «Doğru yolda möhkəm dayansanız həyatınızı bol axar sularla bəhrələndirəcəyik» («Cin» ۱۶). Həyatın bol suyundan faydalanmağın şərti Allahın haqq yolunda dayanmaqdır. Bu halda Allah-taala və onun qeybi (gözə görünməyən) qüvvələri rəhmət qapısını açır, insanın əlindən tutub, ona nuraniyyət bağışlayır. «O bir Allahdır ki, sizi zülmətdən nura çıxarmaq üçün Özü və mələkləri sizə salam göndərir» (“Əhzab» ۴۳). Ona görə də əvvəlcə həzrətin (s) ibadətlərinə nəzər salacağıq.

RƏSULULLAH (S) VƏ PƏRƏSTİŞ

İnsanın daxilində kamillik istedadı gizlənmişdir. Amma bu istedadın çiçəklənməsinin, ibadət və kamillik məbdəsinə marağın səbəbləri var. Hər bir insanda bu fəzilət tutumu vardır. Bu tutum nə qədər böyük olarsa, insan daha da yüksəklərə ucalar: «Hər kəs izzət, şərəf istəsə, bütün izzət və şərəf Allaha məxsusdur» («Fatir» ۱۰). İzzət ilahi hüzurda səcdəylə əldə edilir.

 Peyğəmbər (s) mərifətdə nümunə olduğu kimi pərəstişdə də hamıdan üstündür. O, haqqı tanımış ilk şəxsdir: «Mən Allahı tanımış, tövhidi təsdiq etmiş ilk şəxsəm. Mən Allahın dəvətini qəbul etmiş ilk şəxsəm» («Bihar» ۱۶).

NAMAZ VƏ GECƏ OYAQLIĞI

Namaz Allah qarşısında bəndəliyin kamilliyidir. Peyğəmbər namazı «gözümün nurudur» deyə tərifləyib. Quran həzrəti (s) ibadi cəhətdən kamala yetirmək üçün belə buyurur: «Ey bürünmüş Peyğəmbər, gecə az bir hissəsi istisna olmaqla qalxıb namaz qıl! Gecənin yarısına qədər, yaxud bir qədər ondan az. Ya da bir qədər ondan çox həm də aramla, ağır-ağır Quran oxu! Həqiqətən biz sənə ağır bir kəlam vəhy edəcəyik» («Muzzəmmil» ۱-۵). Quran kimi böyük bir feyzə nail olmaq üçün gecəni oyaq qalmaq lazımdır. Hamının rahatca yataqda uyuduğu bir zaman qalx və öz Allahınla danış. Gecəni sakit qəlbində qalx, Allahı çağır, Quranı gözəl oxu, kamillik məbdəsinə əl aç ki, ruhun əzəmətlənsin, ağır məsuliyyətləri, böyük risaləti qəbul edə biləsən.

نمایش بیشتر

نوشته های مشابه

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *

همچنین ببینید
بستن
دکمه بازگشت به بالا