həyat tərziməqalələr

ƏZƏMƏTLİ İSLAM PEYĞƏMBƏRİ

ƏZƏMƏTLİ İSLAM PEYĞƏMBƏRİ (۱)



ƏZƏMƏTLİ İSLAM PEYĞƏMBƏRİ (۱)

ÖN SÖZ

ALLAHIN ADI İLƏ

نوشته های مشابه

İran İslam Respublikasının dahi rəhbəri Ayətullah Xamneyi həzrətləri hicri şəmsinin 1385- ci ilini Böyük Peyğəmbər ili adlandırdı.[۱] Bu mədəni və gözəl bir addım həqiqətən fürsətləri münasib şəkildə ovlamaqdır.[2] İslam dünyasını, hətta bütün dünyanı ən kamil insanla və İlahi Peyğəmbərlərin ən böyük Peyğəmbəri ilə tanış etmək üçün ən münasib fürsətdir.

Şübhəsiz Allah Peyğəmbərinin nurani şəxsiyyətini tanımaq və onun elmi və əməli rəftarlarıyla tanış olmaq bəşərin maddi və mənəvi həyatını dəyişə bilər və İslami dəyərləri dünyanın bütün nöqtələri üçün ümumiləşdirə bilər. Bu səbəbdən, İslam düşmənləri, İslam inqilabının, İranda qələbəsindən sonra və bu inqilabın dünyada İslam mədəniyyətinin qüdrətini aşkar etdikdən sonra, təhlükə hiss edərək, bütün gücləri ilə çalışırlar ki, bu nurani şəxsiyyəti qaranlıq cilvələndirsinlər. “Şeytani ayələr” kitabı və son vaxtlarda karikatura şəkilində Allahın Peyğəmbərinə edilən ehtiramsızlıq, İslamın dünyada olan inkişafının qarşısını almaq üçün, İslam düşmənlərinin açıq- aşkar addımlarının bir nümunəsidir.

Bu hiylə və fitnə ilə mübarizə etmək üçün, özlərində bu elmi mübarizə qüdrətini hiss edən şəxslərə vacibdir ki, “Böyük Peyğəmbər ili”- nin dəyərli fürsətindən istifadə edib bu böyük Peyğəmbərin şəxsiyyətinin müxtəlif yönlərini səhih və düzgün şəkildə tanıtdırsınlar.

Hədis elmləri və maarifi tədqiqat müəssisəsi bu barədə səmərəli addımlar atmaq fikirindədir. Elə addımlar ki, İslam Peyğəmbərinin həyatı və onun şəxsiyyəti barəsində bu günkü dünyada olan ehtiyaclara cavab verə bilsin. Bu işin bir hissəsi hal- hazıra qədər görülmüşdür; lakin bu iş həddindən artıq dərin və geniş bir iş olduğu üçün təbii ki, bu işi münasib bir nəticəyə çatdırmaq uzun illər zaman aparacaqdır. Elə buna görə “Böyük Peyğəmbər ili” fürsətindən səmərəli istifadə etmək üçün hal- hazırda bu yolda çalışırıq ki, Allahın köməyi ilə bu qısa müddətdə bu barədə üç ünvanlı kitab oxuculara təqdim olsun:

۱.Qarşınızdakı kitab. Bu kitab əziz dostlardan birinin təklifi nəticəsində toplanmışdır. (Allah ona Peyğəmbərinin əli ilə dəyərli mükafatlar versin.)

Bu toplu əslində “Mizanul- hikmət” kitabında Peyğəmbəri- əkrəmə aid olan bölümünə yeni bir baxış və onun təkmilləşməsinin nəticəsində hazırlanmışdır.

  1. Böyük Peyğəmbərin hikmətnaməsi.



Ehtimalən yaxın gələcəkdə beş cilddə təqdim olunacaq bu kitabda İlahi Peyğəbrin etiqadi, əxlaqi və ictimai göstərişlərinin toplusu Mizanul- himət metodu ilə nəzərdə tutulmuşdur.

  1. Böyük Peyğəmbərin əxlaqı və əməli rəftarları.

Çalışacağıq ki, bu iş də Allah Peyğəmbərinin adının bərəkəti ilə cari ilin sonunadək sona çatsın.

Qeyd etmək lazımdır ki, birinci kitab Peyğəmbəri əzəmin şəxsiyyətini tanıtdırmaq barəsində, ikinci kitab Allah Peyğəmbərinin öyrədici və hikmətli kəlamları barəsində və üçüncü kitab o həzrətin öyrədici və hikmətli rəftarları barəsindədir.

Sonda, bu mətləbə işarə etmək zəruridir ki, baxmayaraq ki, bu toplunun mövzusu “Böyük Peyğəmbər Quran və Əhli- beyt baxımındandır; lakin bəzən Əhli- beytdən başqalarından da mövzu ilə münasib kəlamlar da gətirilmişdir.

“Hədis elmləri və maarifi tədqiqat müəssisəsi” nin əziz əməkdaşlarından, bu kitabın yazılmasında mənə kömək etdikləri üçün səmimi qəlblə təşəkkür edirəm. Böyük və uca Allahdan istəyirəm ki, bu yazıları təkmil edib “Məhəmməd Rəsulullah elmi- maarifi toplusu” nu hazırlamaqda bizə yar olsun. Amin.

ربّنا تقبّل منّا إنّک انت السمیع العلیم.

Məhəmməd Məhəmmədi Reyşəhri.

  1. ۰۴. ۱۳۸۵ şəmsi
  2. ۰۶. ۱۴۲۷. Qəməri

 

 

 



back ۱ ۲ ۳ next

نمایش بیشتر

نوشته های مشابه

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *

دکمه بازگشت به بالا